Plan, binanın  hər mərtəbədəki pəncərə və qapı aralarının səviyyəsindən keçən xəyali üfüqi  bir xətt ilə kəsilmiş  hissəsinin görüntüsüdür. Binanın planı binanın konfiqurasiyası və ölçüləri barədə rəy verir və ayrıca olan otaqların yerləşməsini və formasını dəqiq göstərir.

 Mərtəbə  planlarında  bütün konstruktiv elementlər göstərilir: yük daşıyan və ya yük daşıyıcı olmayan divarlar, arakəsmələr, pəncərələr, qapılar, eyvanlar, pilləkənlər, dəhlizlər, işçi və digər tikililər , liftlər, hamam otaqları, mühəndis sistemlərinin elementləri, mebellərin hissəsləri (verilənlər bazası).

Obyektlərin mərtəbə planının elementləri sifarişçi tərəfindən müəyyən edilir və dəqiqləşdirilir. Obyektlərin mürəkkəblik dərəcəsi podratçı ilə razılaşdırılır.

 Mərtəbə planlarının istifadə  sahələri:

• texniki inventarlaşdırma sahəsində tapşırıqların həlli;

• evakuasiya, təhlükəsizlik, mühəndislik və digər şəbəkələrin yerini əks etdirən planların yaradılması;

• tikililərin ölçüsülərinin müəyyənləşdirilməsi;

• əsaslı təmir işlərinin planlaşdırılması və ya yenidənqurma üçün razılaşdırılması;

• daşınmaz əmlak əməliyyatlarının həyata keçirilməsi;

• planda göstərilən hər bir iş yeri üçün məlumat bazasından məlumat almaq: vəzifələr, iş təcrübəsi, işçilərin ixtisasları və s. (Əhatə dairəsi: rəhbərlik, banklar, uşaq müəssisələri, xəstəxanalar və s.)

Sualin var?