Topoqrafiya və geodeziya xidmətlərinin tədbiq olunduğu şəhərsalma planlarından tutmuş su altında qalmış ərazilərin xəritələşdirilməsinə qədər bütün layihələrin icra olunması yüksək dəqiqlikli ərazi modellərini tələb edir. Şirkətimizin təqdim etdiyi məhsullar, sizin sifarişiniz əsasında istəklərinizə və layihənin tələblərinə uyğun olaraq relyef haqqında hərtərəfli və komplektləşdirilmiş məlumatlar təqdim edir və uğurlu axtarış, dizayn, ərazi istifadəsi və modelləşdirməsini dəstəkləyən rəqəmsal ərazi modelləri (DTM) və rəqəmsal yüksəklik modelləri (DEM) yaradır.

Təqdim olunan məhsullar istədiyiniz dəqiqliyi, ölçünü və formatı əldə etmək üçün birbaşa komputere yuklənən, çoxlu nizamlama funksiyalı geniş istifadəçi modellərinə muassir yanaşmanı təmin edir.