Фокин Феликс Юрьевич
İQBAL AĞAYEV
TƏSİSÇİ

"Mühəndis axtarış işləri aparan təşkilatın ən mühüm vəzifəsi - görülən işlərin məhsuliyyətli olmasını dərk etməkdir!"

"Yalnız yüksək dəqiqlik və keyfiyyətlə icra olunmuş ölçmələrin nəticələri layihənin sonrakı mərhələlərində dizayn,tikinti və uğurla təhvil verilməsi üçün etibarlı əsas ola bilər".

 

Plan Et Geo şirkəti 20 ildir ki , Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda  tikinti obyektlərinin, kənd təsərrüfatı komplekslərinin, su yollarının,  binaların və xətti obyektlərin dizaynı, tikintisi, istismarı və yenidən qurulmasının bütün mərhələlərində mühəndis axtarış işlərinin əhəmiyyətli bir hissəsini həyata keçirir.

Şirkətimiz geodeziya tədqiqatları, topoqrafiya, geologiya və hidrografiya sahələrində geniş xidmətlər təqdim edir. Həmişə müştərilərimizin diqqətinə qarşılıqlı faydalı əməkdaşlıq üçün ən optimal şərtləri təqdim edirik. Şirkətimiz mühəndis axtarış  işlərinin aparılması üçün lazım olan bütün xüsusi və ən müassir tələblərə cavab verən avadanlıqlara malikdir. Mütəxəssislərimiz topoqrafiya, tikinti zamanı tətbiq olunan geodeziya, su sahələrinin şelfini araşdırmaq, ərazidə topoqrafik tədqiqatlar aparmaq, həmçinin lazımi geoloji tədbirləri həyata keçirmək sahəsində böyük təcrübəyə malikdirlər.

Geodeziya xidmətləri - hər hansı bir inşaat işinə başlamazdan əvvəl təxirəsalınmaz və son dərəcə vacib bir prossesdir. Müassir dövrdə həm hüquqi, həm də fiziki şəxslər geodeziya və topoqrafiya xidmətlərinə daha da çox ehtiyac duymaqdadır. Geodeziya və topoqrafiya xidmətləri sferasında  bazarı kifayət qədər doludur və müxtəlif fiziki və hüquqi şəxslər xidmətlərini təklif etməkdədir. Lakin müştərilərə onların tələblərinə cavab verən,işinin məhsuliyyətini anlayan və bütün mərhələlərdə onları dəstəkləyən geodeziya və topoqrafik tədqiqatlar sahəsində həqiqi mütəxəssisləri tapmaq olduqca çətin olur.

Siz əminliklə xidmət göstərdiyimiz sferada olan bütün işlərinizi Plan Et Geo şirkətinə həvalə edə bilərsiniz!

MİSSİYAMIZ

  • Müştəri məmnuniyyəti - öhdəliklərimizi yerinə yetiririk, müştərinin gözlədiyindən daha artığını etməyə çalışırıq və şirkətin işçilərinin bütün biliklərini və təcrübələrini səfərbər etməyə imkan veririk.
  • Səmərəlilik  - Resurslardan məhsuldar istifadə etmək və yüksək məhsuldarlığı qorumaq tərəfdaşlarımızın, işçilərimizin, təsisçilərimizin və bütün maraqlı tərəflərin hədəflərinə çatmağımızı təmin edir.
  • Təhlükəsizlik, etibarlılıq - ən son texnologiyaları, ən yüksək səviyyəli standartları tətbiq edirik, işimizi ciddi şəkildə qiymətləndiririk və müştərilərimizə yüksək səviyyədə texniki biliklər təqdim etməklə layihələrinin təhlükəsizliyini və etibarlılığını təmin etmiş oluruq.

  • Şəffaflıq - müştərilər arasında reallığa uyğun gözləntilər yaratmaq üçün əldə etdiyimiz nailiyyətlər haqqında etibarlı və dəqiq məlumat veririk. Bütün maraqlı tərəflərlə səmimiyyət və dialoqa hazırlıq bizim ünsiyyət siyasətimizi səciyyələndirir.
  • Tərəfdaşlıq ruhu - bütün maraqlı tərəflərlə uzunmüddətli, etibarlı və konstruktiv münasibətlər qurmağa çalışırıq. Bu tərəflərin ehtiyaclarını ödəmək üçün şirkət hörmət, həmrəylik, dinləmə və dialoqa əsaslanan ortaqlıq ruhunu inkişaf etdirir.
  • Nəzakət və dürüstlük - həmişə vəd etdiyimizi edirik və həmkarlarımızın və müştərilərimizin etibarını sarsıtmırıq. Hərəkətlərimizdə və qərar qəbul edərkən dürüstlük və ədəblilik prinsiplərini rəhbər tuturuq.
  • Davamlı inkişaf - Biz elmin müassir dünyamızın inkişafına verdiyi töhfəni qiymətləndiririk və onun inkişafından istifadə edirik. İşçilərimizin davamlı peşəkar və fərdi inkişafına ehtiyac olduğunu görürük. Qazandığımız uğurların davamlı olması yeni perspektivli texnologiyaların və metodların daim inkişaf etdirilməsini və tətbiq olunmasını tələb edir.


Sualin var?