Sifariş funikulyorun yuxarı və aşağı girişlərində Almaniyada hazırlanaraq hissə-hissə əraziyə gətirilən metal konstruksiyaların müxtəlif ölçü və formada fəzada birləşdirilərək paxlava şəkilli örtük halına gətirilməlisi idi. Hər bir birləşmənin yeri fəzada 3 ölçüdə verildi (X, Y, Z) və metal konstruksiya hissələri bir-birinə qaynaq olundu. Örtüyün forması çox mürəkkəb əyrilərdən ibarət olduğuna görə yolverilən xəta ±4 mm-dən artıq olmamalı idi. İşin icra olunduğu ərazinin relyefinin mürəkkəb olması isə işin 2 qat mürəkkəb olmasına səbəb olurdu.
Bütün çətinliklərə baxmayaraq, iş vaxtında və yüksək keyfiyyətlə icra edilib sifarişçiyə təhvil verildi.