Hidroqrafik planalma topoqrafiya və geodeziya xidmətinin bir hissəsi olub əsas məqsədi - batimetrik tədqiqatlar nəticəsində əldə olunan məlumatlara əsasən suyun dərinliyinin öyrənilməsidir . Digər ən çox yayılmış hidroqrafik tədqiqatın tədbiq olunduğu sahələrə su yollarının layihələndirilməsi, hövzələrin dibinin dərinləşdirilməsinin analizi və batmış gəmilərin yerlərinin müəyyən olunması daxildir.
Torpaq üzərində aparılan geodeziya və topoqrafiya ölçmələrində istifadə olunan statik və ya stasionar avadanlıqlardan fərqli olaraq,batimetrik planalmalar zamanı hərəkət edən dinamik gəmidən istifadə edilir. Beləliklə, bu dinamik hərəkət nəticəsində yaranan xətalar üçün xüsusi düzəlişlər edilməlidir.
Hidroqrafik tədqiqatların beş əsas növü var:
- Ümumi hidroqrafik tədqiqatlar;
- İri həcmli tərsanələrin və limanların müayinəsi;
- Keçidlərin izlənməsi;
- Sahilyanı tədqiqatlar;
- Dağıntıların araşdırılması.