Kosmik planalma -  orbitdə yerləşən kosmik avadanlıqlardan istifadə edərək yer səthinin və yer atmosferinin uzaqdan zondlanması metodlarından biridir.
Günümüzdə Yerin kosmik görüntüsü coğrafi yerləşmə məlumatlarının əldə edilməsinin ən sərfəli yoludur. Peyk şəkillərinin dəqiqliyi 10 m (aşağı) ilə 30 sm (ultra yüksək) arasında dəyişir ki, bu da dövlət idaretmə orqanlarında, elmi və kommersiya işlərində  müxtəlif tapşırıqları həll etməyə imkan verir. Kosmik görüntü məlumatları sonrakı mərhələlərdə istifadə üçün asanlıqla rəqəmsal formata çevrilir, istənilən ərazi haqqında operativ və tam məlumat verir.

Kosmik görüntülərin tədbiq sahələri

Kosmik görüntü məlumatları müxtəlif sahələrdə tələb olunur: kənd təsərrüfatı, meşə təsərrüfatı və su idarəetməsi, ətraf mühitin mühafizəsi, şəhərsalma və bələdiyyə xidmətləri, neft və qaz sənayesi, geologiya və mədənçilik və s.

Bələdiyyə təsərrüfatında ərazilərin kosmik görüntülərindən istifadə etməklə ərazi və binaların həqiqi sərhədlərini izləmək, qanunsuz zibillikləri, yaşıl sahələrin vəziyyətini, nəqliyyat şəbəkəsini və s. izləmək olar.

Meşə təsərrüfatındakı kosmik görüntü məlumatları meşə sahələrinin inventarizasiyası, yanğınlar, qanunsuz ağac kəsmə və meşə xəstəlikləri nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi üçün əvəzolunmazdır.

Kənd təsərrüfatı və aqrosənaye kompleksilərində kosmik görüntülərin istifadəsi məhsullar üçün potensial təhlükələri tez bir zamanda aşkar etməyə, onların vəziyyətini izləməyə və müxtəlif məhsulların cücərməsini proqnozlaşdırmağa imkan verir.

Kosmik planalmanın üstünlükləri

Kosmik görüntülərdən istifadə edərək Neft və qaz sənayesində istehsal və nəqliyyat obyektlərinin infrastrukturunu izləmək, nəzarət zonalarını müəyyənləşdirmək,yeraltı boru kəmərlərindəki zədələnmiş yerləri vaxtında aşkar etmək, istehsal sahələrində yer səthinin çökmə dərəcəsini müəyyən etmək ,geoloji proseslərin monitorinqi, geoloji xəritələrin tərtib edilməsi və sairi həyata keçirmək mümkündür.

Bir çox problemlərin həlli üçün təyin olunmuş ərazinin arxiv kosmik görüntüləri yetərlidir. Arxiv görüntülərin kifayət etmədiyi ərazilər üçün isə 30 sm (ultra yüksək) dəqiqlik ilə yeni  kosmik görüntülər sifariş etmək mümkündür

PlanEtGeo , istənilən ərazi üçün Yerin uzaqdan zondlama məlumatlarının (ERS) əldə edilməsi üçün bütün lazımi imkanlara malikdir və bütün aparıcı ERS peyk operatorları ilə əməkdaşlıq edir

Məhsulun üstünlükləri

  • kiçik obyektlərin tanınması (təxminən 30 sm);
  • kartoqrafik və coğrafi informasiya məhsulların yaradılması;
  • ərazinin inkişafının planlaşdırılması;
  • ərazidə dəyişikliklərin izlənməsi;
  • keçilməz ərazilərin monitorinqi;
  • ekoloji vəziyyətə nəzarət.

Sualin var?