Тematik və xüsusi xəritələrin, planların tərtib edilməsi

Tematik xəritələr müəyyən bir mövzununun izah olunmasını icra edən xəritələrdir. Tematik xəritələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu xəritənin mövzusu ilə əlaqəli bütün göstəricilər və obyektlər qarşılıqlı əlaqəli  göstərilməlidir.

Tematik xəritələrin əsas tətbiq sahəsi qiymətləndirmə ücün aparılan tədqiqatlarıdır:
• əhalinin yaşayış şəraiti, iqlimin insan sağlamlığına təsiri və əlverişsiz hava və iqlim faktorlarına uyğunlaşma imkanları;
• aqroiqlim şəraiti və iqlim dalğalanmalarının kənd təsərrüfatı bitkilərinin məhsuluna təsiri;
• mülki, sənaye və digər tikinti növləri üçün ərazinin inkişafı şərtləri.
Torpaq xəritələrini digər təbiət, əhali və təsərrüfat xəritələri ilə birlikdə öyrənmək geniş tətbiq olunur.
Xüsusi xəritələr ərazinin ətraflı öyrənilməsi, aviasiya uçuşları üçün naviqasiya dəstəyi, nəqliyyatın təşkili və digər xüsusi tapşırıqlar üçün hərbi hissələr tərəfindən istifadə olunan xəritələrdir.

 

 

Sualin var?