Rəqəmsal naviqasiya xəritəsi - naviqasiya məlumatları olan rəqəmsal tematik (vektorlu) xəritədir. Bu xəritələrdə yol qrafikləri və xidmət məkanları ünvan və digər lazımı məlumatlarla birgə əks olunur
Yol qrafiki - nəqliyyat infrastrukturunu və onun əsas parametrlərini təsvir edən vahid bir coğrafi məlumat toplusudur. Yol qrafiki təyin an optimal variant üzrə öz aralarında kəsişən bütün tip avtomobil yollarına (magistral yollar, təmir olunmuş magistral yollar, avtomobil yolları, yaxşılaşdırılmış yollar, torpaq yolları, çöl yolları və yaşayış məntəqələri daxilindəki avtomobil yolları) tədbiq olunur.
Ünvan məlumatları ilə müxtəlif dəqiqlikli naviqasiya xəritələri aşağıdakılar hallar üçün istifadə olunur:
- müxtəlif məqsədlər üçün dispetçer sistemlərində naviqasiya problemlərinin həlli;
- nəqliyyat vasitəsinin marşrutunun hesablanması;
- Nəqliyyat vasitələrinin yerinin avtomalaşdırılmış rejimdə təyin olunması.