Fotoqrafmetriya işləri - ərazinin  ortoqonal proyeksiyada təsvirini əldə etmək üçün kosmik və aero şəkillərin emal olunması prossesinə deyilir. .

 Maraq doğuran ərazinin rəqəmsal və ya kağız daşıyıcıları üzərindəki ortofoto planı və ya fotoşəklni almaq məqsədi ilə sonda alınacaq məhsulun hazırlıq mərhələsinə aşagıdakı siyahıda təqdim olunan prosseslər daxildir:

• ilkin materialların yığılması;

• ilkin materialların əvvəlcədən təhlil olunması;

• emal prossesinin texniki və işçi layihəsinin hazırlanması;

• ilkin materialların fotoqrafmetrik emalı;

• əldə edimiş mahsulların digər formatlara  eksport olunması;

• işlərin icrasına nəzarət ;

•  sonrakı mərhələ üçün sənədlərin və məhsulların lazımi səviyyəyə gətirilməsi.

Şəkillərin emal olunması üçün işçi texniki layihə :

İşçi texniki layihədə tövsiyə olunan işlər  texniki cəhətdən əsaslandirilmalıdır. Bunun üçün əvvəlcədən tkili ərazinin xüsusiyyətləri, şəkillərin keyfiyyəti, geodeziyə şəbəkəsinin sıxlığı və sahədə olan geodeziya istinad nöqtələri, fotoqrammetrik alətlər və proqram təminatı nəzərə alinmalıdır.

İşçi texniki layihələndirmə zamanı istinad nöqtələrinin fotoqrammetrik sıxlaşdırması və xəritələ əsaslarını (planların) tərtib edilməsinin sxemi tərtib edilir. Şəkillərin fotoqrammetrik emal olunması variantı əsaslandırılır.

Kameral əməliyyatların texniki sxemində plan-yüksəklik hazılığının keyfiyyət və həcmindən asılı olaraq nəzərə alınmalıdır ki:

• Planalma nöqtələrinin fotoqrammetrik sixlaşdirması(Şəklillərin kəsilmiş çöl hazırlığı olan halda)  və bu fotoqrammetrik sixlaşdırma məlumatlarına yönələn tək tək və cüt şəkillərin ərazi haqqında məlumatların toplanması,

• Tət tək və qoşa şəkillərin (Şəkillərin tam bağlantısı olan) çöl hazırlıq nöqtələrinə və ya əvvəllər çəkilmiş şəkillərdə və irimiqyaslı xəritələrdə  çöl şəraitində  müəyyən olunmuş kontur nöqtələrinə yönələn emalı

 Fotoqrammetrik sıxlaşdırmanın texniki işçi layihəsi  fotoqrammetrik şəbəkənin və şəbəkənin sxeminin üzərində nöqtələrin qeyd olunmasını ehtiva edir.

Foto şəkillərin fotoqrammetrik emalı aşağıdakılardır:

• pərdəli yığılmanın yaradılması(nakidnoy montaj) ;

• şəkillərin daxili oriyentirləməsinin icrası;

• şəkillərin qarşılıqlı oriyentirləməsinin icrası;

• şəkillərin xarici oriyentirləməsinin icrası;

• DEM (Relyefin Rəqəmsal Modeli)-nin qurulması (stereoşəkillərdən istifadə olunmaq şərti ilə);

• verilən məlumatların ortotransformasiya olunması;

• tikişsiz mozaikanın əldə edilməsi;

• mozaikanın rəng xüsusiyyətlərinin uyğunlaşdırılması;

• ortofotoşəkillərin ixrac olunması;

• keyfiyyətə nəzarət.

Fotogrammetrik sıxlaşdırma üçün istinad məlumatları (istinad nöqtələri) aeroşəkillərdə tanınaraq müəyyən olunmuş dövlət geodeziya şəbəkəsinin nöqtələri, geodeziya istinad nöqtələrinin şəbəkələri və  birbaşa aerofoto çəkiliş zamanı təyyarəyə quraşdirilan alətlər tərəfindən əldə edilən əlavə məlumatlardır.

MMR-in qurulması və emalı - model və ya şəkillərin istiqamətlənməsindən sonra xəritəsi tərtib olunacaq  sahənin xarakterini müəyyən etmək məqsədi ilə ardıcıllıqla relyef və  konturlar haqqında məlumat toplanır. Bundan sonra stereoskopik proqramların köməyi ilə 3D vektorlaşdırma və obyektlərin 3D modellərinin qurulması işı icra olunur.

Ortofotoşəkil -  şəkillərin ortofototransformasiya olunması nəticəsində  sahənin ortaqonal proyeksiyada əldə olunan təsviridir.

 İlkin şəkillərin rəqəmsal transformasiyası olunması nəticəsində şəkillər sahənin horizontal müstəvidə ortaqonal proyeksiyada rəqəmsal təsvirinə çevrilir.

Şəkillərin rəqəmsal trasformasiya olunması zamanı ilkin mənbə məlumatları

Orijinal fotoşəkilərin rəqəmsal təsviri;

Şəkillərin daxili və xarici istiqamətlənməsi elementlərinin əhəmiyyəti;

•  sahənin rəqəmsal relyef modeli (RRM).

Fotoqrammetriyanın tətbiq sahələri:

Rəqəmsal çevrilmənin əsas tətbiq sahələri topoqrafiya və kartoqrafiyadır. Aerokosmik şəkillərə əsasən müxtəlif təyinatlı xəritələrin yaradılması və yenilənməsi zamanı xəritənin proyeksiyasında yerin transformasiya olunmuş təsvirləri yaradılır. Bu şəkillər tək bir şəklin işlənməsi nəticəsində və ya bir birini ortən marşrutda yerləşən şəkillərə görə yaradıla bilər. Digər bir tətbiq sahəsi fotoqrammetrik emal nəticəsində əldə edilən məlumatlara əsasən obyektlərin tematik xəritələşdirilməsi (deşifrə edilməsi) yerinə yetirilən CIS-dir. Rəqəmsal çevrilmə mövcud normativ sənədlərin tələblərinə müvafiq olaraq həmin miqyasda xəritələrin dəqiqlik tələblərinə uyğun dəqiqliklə icra olunur.

Ortofotoplan topoqrafik xəritə yaratmaq üçün alt məlumat kimi istifadə olunur

Məhsulun üstünlükləri

• yüksək dəqiqlikli ölçüləri ilə;

• obyekt haqqında məlumatın çox olması ilə;

• ölçmə nəticələrinin obyektivliyi və doğruluğu;

• bütün obyektin və onun ayrı-ayrı hissələrinin vəziyyəti haqqında qısa müddətdə məlumat əldə etmək    

  imkanı;

• hərəkətsiz və hərəkətdə olan obyektlərin, sürətli və ya yavaş baş verən proseslərin öyrənilməsi imkanı;

• obyektlərin vizual qiymətləndirilməsini həyata keçirmək imkanı;

• obyektlərin uzaqdan tədqiqi (obyekt ərazisində olmaq insan həyatı üçün təhlükəli olan zonalarda əhəmiyyətlidir).

Sualin var?