Relyefin Rəqəmsal Modeli (RRM; digital terrain model, DTM; digital elevation model, DEM; Digital Terrain Elevation Data, DTED) — yer səthinin rəqəmsal təsviri olmaqla, müəyyən olunmuş dəqiqlik və verilmiş ölçülər daxilində şəbəkə şəkilli görüntüsüdür.

RRM, geodeziya koordinatları məlum olan nöqtələrdən istifadə etməklə bu topluya daxil olmayan digər nöqtələrin yüksəkliklərini təyin etmək üsuludur.  Bir qayda olaraq geodeziya koordinatları məlum olan nöqtələri bu halda  yüksək hündürlük piketləri adlandırırlar. Yüksəklik səviyyələrinin təyin olunmasına yüksəkliyin interpolasiya qaydası deyilir. Rəqəmsal yüksəklik modellərinin qurulması üsulları yüksəklik piketlərinin düzülüşündə və aralarındakı yüksəkliklərin interpolasiya üsullarına görə fərqlənir.

Yerin relyefi haqqında məlumatlar sahənin topogeodeziya işləri də daxil olmaqla, məsafədən zondlama və kartometrik iş əsasında  əldə edilə bilər. Bu baxımdan, məlumatların təyin edilməsinin fərqli formaları mövcuddur:

  • nöqtələrin düzbucaqlı, üçbucaqlı və altıbucaqlı şəbəkələrdə nizamlı düzülüşü ilə (məsələn, taxeometrik planalma və ya ərazinin sahəvi nivelirlənməsi əsasında əldə edilmiş);
  • nöqtələrin struktur xətlər, profillər, sahələrin mərkəzləri, yerli nöqtələr boyunca nizamsız düzülüşü əsasında (kartometrik iş nəticəsində əldə edilmiş);
  • izoxətlər boyunca bərabər şəkildə yerləşdirilmiş və ya görnüşlərin mürəkkəbliyi nəzərə alınaraq nöqtələrin verilməsi ilə (məsələn, horizantalların  rəqəmsallaşdırılması ilə əldə edilən).

Relyef haqqında ilkin məlumatların verilmə forması, dəqiqliyi və etibarlılığı tədqiqat sahəsi daxilində məkan interpolasiyası və ekstrapolyasiya metodunu, həmçinin qurulmuş relyef modelinin adekvatlıq dərəcəsini müəyyənləşdirir.

Sualin var?