Bakının mərkəzində Rusiyanın məşhur “NovikovGroup” restoranlar şəbəkəsinə məxsus “NovikovCafe” və "Сыроварня" restoranlarının yerləşəcəyi qədim tikililərin daxilində restavrasiya olunması zamanı layihə üzrə divarların, tavanın,döşəmənin və layihələndirilmiş bütün elementlərin düzgün inşa olunması məqsədi ilə yüksək dəqiqlikli elektron olçü alətləri ilə işə topoqrafik nəzarət etdik. İlkin olaraq elektron alətin köməyi ilə ölçmə işləri apararaq iş icra olunacaq sahədə olan bütün elementlərin 3 ölçülü (X,Y,Z) planını tərtib etdik. Memarlar bu plan əsasında layihə hazırlayaraq icra olunmaq üçün təqdim etdilər. Təqdim olunmuş plana əsasən işlərin icrasına nəzarət edərək hər iki layihəni uğurla təhvil verdik.