Rəqəmsal topoqrafik plan - yerin məsafədən zondlanması materialları əsasında yaradılan yer səthinin vektor təsviridir. Bu şərti işarələr tətbiq olunmaqla ərazinin tərtib olunmuş irimiqyaslı planıdır. Bu planı tərtib etmək üçün topoqrafik planalma aparılır. İşlərin siyahısına ərazidə aparılan kompleks geodeziya işləri daxildir. Topoqrafik planların hasil edilməsi layihələrin hazırlanmasında, müxtəlif təyinatlı obyektlərin tikilməsində həyata keçirilir. Topoqrafik xəritələrin və planların yaradılması xidməti torpaq binalarının, yeraltı tikililərin inşası, eləcə də digər tikinti işləri üçün tələb olunur. 1: 500, 1: 1000, 1: 2000, 1: 5000 miqyaslarında hazırlanan topoqrafik planlar xüsusi xəritələr və planlar, həmçinin əldə edilmiş miqyaslı xəritələr yaratmaq üçün əsas kimi istifadə olunur.
Topoqrafik planların tətbiq sahələri
Bu cür planların əhatə dairəsi olduqca genişdir. İnşaat və digər sahələrdə bu planlara və topoqrafik işlərə ehtiyac duylur. Tələb olunan zaman yaşayış məntəqələrinin yeni topoqrafik planını sifariş edə və ya mühəndis topoqrafik planlarını yeniləyə bilərsiniz.
Sahənin topoqrafik planları aşağıdakı sahələrdə istifadə olunur:
• avtomobil və dəmir yolu yollarının layihələndirilməsi;
• faydalı qazıntı yataqlarının axtarışı;
• təzyiqli boru kəmərlərinin, kanalların çəkilməsi;
• faydalı qazıntı işlərini icra edən şirkətlər üçün mükəmməl axtarış kəşfiyyat işlərinin və layihələrin planlaşdırılması;
• hidrotexniki qurğular, istilik elektrik stansiyaları üçün layihələrin yaradılması;
• mühəndis qurğularının layihələri, mühəndis kommunikasiyalarının layihəsinin tərtibat işləri və quraşdırılması;
• əsaslı binaların tikintisi üçün icazə alınması;
• torpaq sahəsinin alınması və ya icarəyə götürülməsi;
• landşaft dizaynı;
• yaşayış / qeyri-yaşayış obyektlərinin rekonstruksiya olunması layihəsi və icrası;
• daşınmaz əmlak kadastrı üçün ilkin məlumatların toplanıb tərtib edilməsi işləri;
Topoqrafik planların inkişaf mərhələləri
Topoqrafik planların tərtibatı bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə topoqrafik planalma aparılır.
Aşağıdakı planalma növləri mövcuddur:
• taxeometrik – iş stansiyalarından (Totalstation) istifadə etməklə həyata keçirilən ən çox səmərəliliyi ilə xarakterizə olunan planalma;
• sahənin nivelirlənməsi - metod düz əraziləri plana alarkən istifadə olunur;
• lazer tarama (skanerləmə) - ölçmələr aparılarkən yer səthindən və ya havadan lazer şüalarından istifadə etməklə icra olunur;
• aerofotoplanalma – bu metod çox effektivdir, həm də çox bahalı hesab olunur.
Topoqrafik xəritələri tərtib eləmək üçün icra olunan topoqrafik planalmalar yalnız aerofotoplanalma və kosmik görüntülərdən istifadə etməklə deyil xüsusi kompleks işlərin icra olunması ilə başa gəlir. Planalma proseduru, əksər hallarda fotoqrafiya və video avadanlıqlarının istifadəsi ilə əlaqəli olmayan texnologiyadan və alətlərdən ibarətdir.
Növbəti mərhələ topoqrafik planın, xəritələrin hazırlanması, qurulmasıdır. Topoqrafik xəritələrin və planların dəqiqliyi materialların keyfiyyətindən, qarşıya qoyulmuş hədəflərdən asılıdır. Topoqrafik planalma işi müfəssəl formada aparılır, bu da planın miqyasını təyin eləməyə imkan verir. Tərtib olunmuş planda infrastuktur kommunikasiya xətlərinin yeri, müxtəlif sahələrin sərhədləri və digər xüsusiyyətləri göstərir.
Növbəti mərhələ xəritələrin və planların oxunması icra olunur, bunun üçün isə müəyyən bilik və bacarıq tələb olunur.
Sahənin topoqrafik planını necə sifariş eləmək olar ?
Topoqrafik planların hazırlanması sahədə icra olunan topoqrafiya işlərinin nəticələrinin tərtibatıdır. Hər hansı bir ərazinin planını bir neçə dəqiqə ərzində telefonla sifariş edə bilərsiniz. Topoqrafik planın qiyməti ərazinin böyüklüyündən və çətinlik kateqoriyasından, layihənin mürəkkəbliyindən və digər bu kimi amillərdən asılıdır. Ən çox tələb Iri miqyaslı topoqrafik planalmalara olur. Işin icra olunması üçün sənədlərinin tərtibatına start işə başlamazdan əvvəl, mühəndis və geodeziya axtarış işlərini icra olunmasına ehtiyac olduqda verilir.
Tikinti işlərinə başlamazdan əvvəl ən düzgün qərarlar vermək torpaq sahəsinin topoqrafik planını əldə etməkdir. Sahənin müfəssəl irimiqyaslı planı olmadan işə başlamaq lazımsız əlavə xərclərə və digər mənfi nəticələrə səbəb ola bilər. Topoqrafik planların istifadəsi təhlükəsizlik qaydalarına riayət etməyə, işləri düzgün planlamağa və gələcək işləri səmərəli şəkildə həyata keçirməyə imkan verir. Şirkətimizdə müxtəlif mürəkkəbliklyi olan iri və xırda layihələrdə geniş təcrübəyə malik ixtisaslı mühəndislər çalışır. Bütün detallar əvvəlcədən telefonla müzakirə olunur. Sizi maraqlandıran mövzular üzrə mütəxəssislərimiz məsləhət verə bilərlər.