Müasir nəqliyyat infrastrukturu dəmir yolları, avtomobil yolları, hava limanları, dəniz limanları, gömrük məntəqələri şəbəkəsidir. İnfrastruktur fəaliyyətləri əsasən coğrafi informasiya sistemlərindən (CİS) asılıdır. Günümüzdə CİS sistemin əsasında yaradılmış naviqasiya xəritələrinin istifadəsi dövlət və özəl qurumlarla yanaşı, fiziki şəxslərin də geniş istifadəsindədir. Yer səthinin vəziyyətinə dair aerokosmik məlumatlar coğrafi informasiya sistemlərinin yaradılmasına və müntəzəm olaraq yenilənməsinə imkan verir.
Məlumat əldə etmək üçün aviasiya və kosmik vasitələrdən istifadə olunur. Yerin Məsafədən Zondlama məlumatlarının alınmasl və emalı Coğrafi məkan məlumatlarının və CİS-in yaradılmasında ən vacib və vaxt aparan mərhələdir. Optik və radar avadanlıqları şəkillərin yüksək aydınlığını və detalını təmin edir.

Kosmosdan alınmış şəkillərin istifadəsi aşağıdakı hallarda tətbiq oluna bilər:
- naviqasiya xəritələrinin yaradılması üçün magistral yolların nəqliyyat şəbəkəsinin yaradılması və yenilənməsi;
- hava limanı infrastrukturunun inkişafı üçün layihə tapşırıqlarının icrası;
- rabitə siqnallarının əhatə xəritələrini tərtib etmək üçün stereo radar peyk görüntülərinə əsaslanan rəqəmsal relyef modellərinin yaradılması;
- avtomobil yollarının, dəmir yollarının, limanların və digər nəqliyyat vasitələrinin tikintisinin monitorinqi və planlaşdırılması;
- avtomobil və dəmir yollarının istismarı zamanı yaranan nasazlıqların vaxtında aradan qaldırılması;
- təmir işlərinin təşkili.
Kosmik sistemlər təyin olunmuş ərazidə, müəyyən bir müddətdə yolun vəziyyəti barədə məlumat əldə etməyə imkan verir. Kiçik obyektlər belə yüksək dəqiqlik ilə şəkillərdə göstərilir. Nəqliyyat sənayesində yalnız müasir deyil, həm də arxivləşdirilmiş məlumatlardan istifadə olunur. Bu məlumatlar tikinti tədqiqatları və layihələndirmə işləri zamanı istifadə olunur.
Coğrafi informasiya sistemləri nəqliyyat infrastrukturunun bütün obyektlərini özündə cəmləşdirir. Çox istiqamətli CIS infrastrukturun idarə edilməsini, yeni obyektlərin layihələndirilməsi və tikintisini asanlaşdırır. Verilənlər bazası ölkə daxilində nəqliyyat infrastrukturuna xidmət göstərməyə imkan verir.

Aerofoto və Kosmik planalma nəqliyyat sektorunda - coğrafi informasiya sistemləri və kartoqrafiya planlarının yaradıcıları, ticarət təşkilatları, yol xidmətləri və dövlət qurumları arasında tələb olunan bir xidmətdir. Mütəmadi kosmik monitorinq, infrastrukturun vəziyyətini izləməklə demək olar ki, real vaxtda ən son məlumatları əldə etmək üçün mühüm bir vasitədir.

