PlanEtGeo şirkəti -  Yerin məsafədən zondlama peyklərinin (ERS) bütün aparıcı operatorları ilə əməkdaşlıq edir, optik və radar kosmik cihazlarından yeni kosmik görüntülər təqdim edir.
Yerdən məsafədən zondlama məlumatlarını təqdim etməyin ən effektiv yolu peyklərdən əvvəlcədən çəkilmiş görüntülərdir. Layihələrinizin icrası zamanı  peyk grüntülərindən istifadə etməyi və satın almağı planlaşdırırsınızsa, lakin hələ büdcəyə qərar verməmisinizsə, ən yaxşı həll yolu, bizim mencerlərlə əlaqə saxlayıb detallı müzkirə etməkdir. Menecerlərimiz sifariş edəcəyiniz məhsulla bağlı  sizin üçün ən sərfəli variantı tədqim edəcəklər.
Təyin olunmuş yer haqqında məlumatlar "xam" peyk şəkilləri şəklində və ya fotogrammetrik, kartoqrafik və tematik işlərin kompleksinin həyata keçirilməsi ilə təqdim edilə bilər. Peyklərdən alınan görüntülər uzaqdan zondlama peykindən, maraqlandığınız məhsuldan və sifarişin həcmindən asılı olaraq  fərqli texniki xüsusiyyətlərə və fərqli qiymətlərə malikdir, Sifarişin həcmi böyük olduqda xüsusi şərtlər tətbiq olunur!
Görülən işlər müassir tələblərin bütün standartlarına cavab verir və kosmik görüntü materiallarının əldə edilməsi,emalıı və təhvil verilməsi üçün təsdiqlənmiş bütün metodlara tam uyğun olaraq həyata keçirilir.
Yeni  kosmik planalma  aparılarkən, onun icra olunma texnologiyasına müxtəlif tələblər qoyulur (icra müddəti, buludluq, əyilmə açıları və s.) . Uzaqdan zondlama məlumatlarının çatdırılmasının operativliyi peyk çəkilişlərinin apaıldığı gündən  1-3 gün ərzindədir.
Peyk şəkillərinin qiyməti sifariş olunan dəqilikdən (ultra yüksək, yüksək, orta, aşağı) və  sifariş edilmiş ərazinin sahəsindən (ən azı 25 kv. Km.) asılıdır.
Hazırda əməkdaşlıq etdiyimiz operatorlar , 3 milyon kvadrat metrdən artıq ultra yüksək və yüksək dəqiqlikli  keyfiyyətli çəkilişləri üçün mənbələrə malikdir. Arxivdəki mövcud peyk şəkilləri müştərinin tələblərini ödəmək üçün yetərli olmadığı hallarda, şirkətimiz yeni sorğuların aparılması üçün bir sıra sərfəli və əhatəli seçimlərə malikdir.

Sualin var?