İlk baxışdan təxmini formada hesablanan və bu düşüncə ilə aparılan inşaat işləri yalnız həyatınızı çətinləşdirir və gələcəkdə böyük gözləmədiyiniz məsrəflərə səbəb olur. Düzgün tərtib edilmiş büdcə layihənin icrası üçün tələb olunan xərclərin maksimum dərəcədə dəqiq miqdarını müəyyənləşdirir, bu da nəzərdə tutulmuş büdcənin gələcəkdə yerinə yetiriləcək iş həcmlərinə nə dərəcədə uyğun olduğunu dəqiqliklə qiymətləndirməyə və zəruri hallarda lazımi düzəlişlər etməyə imkan verəcəkdir.

Layihə Smeta sənədləri  - inşa olunan layihənin texnoloji, memarlıq, konstruktiv, mühəndis kommunikasiya və digər xüsusiyyətlərini özündə əks etdirən müxtəlif xarakterli bir sənəddir. Bu sənədin son məhsulu qrafik, mətn və maddi dəyər formasında əks etdirilir. 

Şirkətimiz Layihə-smeta sənədlərini hazırlamaqla sizə aşağıdakı məsələlərin peşəkar həllində yardımçı ola bilər:

  • Səmərələşdirici təkliflər hazırlayaraq nəzərdə tutduğunuz Smetanı məbləğinin minimallaşdırılması;
  • Bütün növ tikinti-təmir, bərpa və rekonstruksiya işlərinin iş həcmlərinin layihə üzrə çıxarılması və maddi dəyər hesabatının hazırlaması;
  • Smeta sənədlərinin hazırlanması, müvafiq dövlət qurumları ilə razılaşdırılması və Rəylərin alınması prosesində texniki dəstəyin verilməsi.

Sualin var?