Yeraltı kommunikasiya xətlərinin təyin olunması, planalması topoqariya və geodeziya xidmətlərinin ayrılmaz hissəsi olaraq müxtəlif hallarda çox zəruri bir iş prossesidir. Bina və tikililər inşa edilməzdən öncə sonradan yarana biləcək böyük xərclərin qarşısını almaq üçün bu və ya digər yeraltı kommunikasiyaların harada yerləşdiyini dəqiq şəkildə bilmək çox vacibdir. Su kəməri xətlərinin, elektrik kabellərinin, qaz kəmərlərinin, rabitə xətlərinin, istilik şəbəkələrinin və s.-nin yerləşdiyi yerlər barədə qeyri-dəqiq məlumatlara görə yaranacaq böyük xərclərfərla yanaşı, fövqəladə hallar baş verməsi də qaçılmazdır.
Yeraltı kommunikasiyaların plana alınması işinin bəzi xüsusiyyətlərini nəzərdən keçirək. Bu növ axtarışlar ixtisaslaşdırılmış avadanlıqla həyata keçirilir. Bu cür avadanlıqlara yüksək dəqiqlikli ölçmə alətləri (taxeometrlər, geodeziya peyk qəbulediciləri, nivelirlər, trass axtarıcılar, ölçü lentləri, lazer məsafə ölçənlər) daxildir.
Yeraltı kommunikasiyaların planalınması işini həyata keçirmək üçün ixtisas təhsili olan mütəxəssislər (geodeziya, marksheyderiya) cəlb olunur. Bu növ axtarışların icrası müəyyən bilik və bacarıqların olmasını tələb edir. Binaların və tikililərin tikintisi və ya yenidən qurulması layihəsinin gələcək bütün taleyi çəkilişin düzgünlüyündən asılı ola bilər.
Yeraltı mühəndis şəbəkələrinin planalmasının əsas vəzifələrindən biri onların dəqiq yerlərini müəyyənləşdirməkdir. Planalmanın nəticələri əsasında yaradılan kommunikasiya (yeraltında yerləşən) planı mümkün qədər etibarlı olmalıdır. Bu, gələcək tikinti və ya təmir işlərinin icra olunduğu sahələrdə təhlükəsizliyin təmin edəcək məlumat bazası olacaqdır (tikililərin altında qalan kommunikasiyaların yerləşdirildiyi yer).
Mühəndis şəbəkələrinin yerləşməsi bina sahəsinin sıxlığından və mərtəbələrin sayından asılıdr. Əlavə olaraq, kommunikasiyaların yerləşdirilməsi yaşayış məntəqəsinin ölçüsünə və onun layihəsinə bağlıdır. Yaşayış məntəqəsinin gələcək inkişaf perespektivi və infrastruktur obyektlərinin inkişaf dərəcəsi də bu plana təsir göstərir.
Mühəndis infrastruktur kommunukasiya şəbəkələrinin təhlükəsiz yerdə yerləşdirilməsinə ərazinin tikinti sıxlığı, həmçinin tikililərin mərtəbələri təsir göstərir. Bundan əlavə, kommunikasiyanın yerləşdirilməsi yaşayış məntəqəsinin həcmindən və onun planlaşdırılmasından asılıdır. Yaşayış məntəqəsinin infrastruktur obyektlərinin inkişaf dərəcəsi də təsir göstərir.
Torpaq səviyyəsindən aşağı yerləşən mühəndis şəbəkələrinin yerini müəyyənləşdirmək üçün xüsusi avadanlıq tətbiq olunur. Bu avadanlıq elektromaqnit induksiya prinsipindən istifadə edərək işləyir. Mühəndis infrastruktur kommunikasiyaları (məsələn, su kəməri) planına yanğın hidrantları, boru kəmərinin oxları, binalara və tikililərə girişlər, həmçinin trassanın döngələri hökmən göstərilməsi tövsiyə olunur.