2011-ci ildə əsası qoyulan “Capitol-K” MMC yüksək mərtəbəli yaşayış binalarının tikintisi, mühəndis-kommunikasiya işləri, abadlaşdırma, bərpa, rekonstruksiya, tikintinin monitorinqi və audit xidmətləri, layihə-smeta sənədlərinin və konsepsiyaların hazırlanması, mənzillərin və şəxsi villaların dizaynı və təmiri, ümumilikdə layihələrin idarə edilməsini həyata keçirir. Bu işləri aparmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya malikdir.
Şirkətin prioritet məqsədi göstərilən xidmətlərin keyfiyyətli olması, planlama proqramına uyğun işin nizam-intizamlı təşkili, peşəkar yanaşma və sistemli idarəetmə prinsiplərinin tətbiqi, təhlükəsizlik qaydalarına əməl olunması, müştəri məmnuniyətinin təmin olunması, operativlik və yüksək etibarlılıq nümayiş etdirməkdən ibarətdir. İdarə heyəti və bütün əməkdaşlar iş prosesi zamanı yuxarıda sadalanan prioritet göstəricilərini əsas götürərək və şirkətin sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyaları öz əmək fəaliyyətində tətbiq edərək, nəticədə “Capitol-K” MMC Azərbaycanda inşaat bazarının liderlərindən birinə çevrilmişdir.
Şirkətin missiyası 10 il ərzində qazanılmış böyük təcrübə və peşəkar kadr potensialının mükəmməl fəaliyyəti sayəsində istənilən layihənin idarə edilməsi və ya tikintisi yerli və beynəlxaql standartlara uyğun olaraq keyfiyyətli şəkildə tamamlanıb və vaxtında təhvil verilməsindən ibarətdir. Bu məqsədlə, bir neçə dövlət, özəl və beynəlxalq sifarişlərdə “Capitol-K” MMC baş podratçı qismində iştirak edərək tələb olunan işləri layiqincə yerinə yetirmişdir. “Capitol-K” MMC müştərilərin şirkətə olan etimadını hər zaman yüksək və məqsədyönlü şəkildə doğrultmuşdur.
Sifarişçilərin tələbləri nəzərə alınaraq yaşayış binalarının və ağıllı villaların tikinti-təmir işlərini yüksək keyfiyyətlə, peşəkarlıqla, qısa zamanda, fasiləsiz axınla, təhlükəsizlik qaydaları nəzərə alınmaqla və minimal xərclərlə həyata keçiririk. Müştərilərin zövqlərinə görə Modern, Loft, Klassika, Neo Klassika, Antik, Art Dekor, Provans, Skandinav, Minimalizim, Xay Tek, Marakan və digər üslublarda dizaynlar hazırlanaraq təmir işləri tərəfimizdən aparılır.
İnşaat işləri - Tikinti-təmir, bərpa və rekonstruksiya işlərinin yerinə yetirilməsi və icra zamanı tələb olunan sənədləşmə işlərinin aparılmasından ibarətdir.
-
Şirkətimiz İnşaat işləri zamanı sizə aşağıdakı məsələlərin peşəkar həllində yardımçı ola bilər:
- Yüksək mərtəbəli yaşayış və ofis binanalarının tikintisi;
- Qospital, məktəb, bağça və digər iaşə obyektlərinin tikintisi;
- Müxtəlif dizayn üslüblarına və zövqlərə uyğun təmir işləri.
- Elektrik təchizatı işlərinin yerinə yetirilməsi;
- Yanğın siqnalizasiya işlərinin yerinə yetirilməsi;
- Rabitə, kompüter və TV xətlərinin çəkilməsi;
- Video müşahidə xətlərinin çəkilməsi və avadanlıqlarının quraşdırılması;
- Su və kanalizasiya işlərinin yerinə yetirilməsi;
- Havalandırma işlərinin yerinə yetirilməsi;
- Abadlaşdırma işlərinin yerinə yetirilməsi;
- Bərpa işlərinin yerinə yetirilməsi.