Aerofotoplanalma və peyk şəkillərindən istifadə edərək meşə sahələrinin uzaqdan izlənməsi meşələri izləmək üçün ən effektiv yoldur. Peyk görüntüləri meşə örtüyünün vəziyyəti haqqında ən son məlumatları verir.
Kosmik monitorinqin köməyi ilə aşağıdakı vəzifələri icra etmək memkündür:
- ağac növünün təyin edilməsi (enliyarpaqlı, iynəyarpaqlı);
- yaş və növ tərkibinə görə meşələrin təsnifatı;
- meşə sahələrinin növlərinin və həcmlərinin, bitki örtüyünün məhv olunmuş sahələrinin müəyyənləşdirilməsi;
- qanunsuz ağac kəsmə, yanmış ərazilər, bataqlıq ərazilərinin müəyyən edilməsi;
- meşə təbiətinin idarə edilməsinin planlaşdırılması.
Meşə sahələrinin uzaqdan izlənməsi
Kosmik monitorinqin köməyi ilə dərhal müxtəlif pozuntuları müəyyən etmək mümkündür: təbiəti qoruma zonasında tikinti, meşələrin qanunsuz qırılması, meşələrin texnogen çirklənməsi. Aerokosmik nəzarət texnikaları sıx meşəlik sahələri izləmək üçün də istifadə edilə bilər.Meşə sahələrinin havadan monitorinqin funksiyaları
Kosmik monitorinqin ən vacib vəzifəsi meşə yanğınlarına qarşı mübarizədir. Məsafədən zondlama aşağıdakı funksiyaları yerinə yetirir:
- meşə yanğınlarının aşkarlanması, yanğın mənbələrinin müəyyənləşdirilməsi;
- mümkün yanğınların proqnozlaşdırılması və yanğın təhlükəli ərazilərə nəzarət;
- meşələrdə patrul xidməti üçün optimal marşrutların seçilməsi;
- yanğının vurduğu ziyanın qiymətləndirilməsi.
Meşə sahələrini araşdırılması üçün aerofotoplanalma və peyk görüntülərinin istifadısi meşə təsərrüfatı, ətraf mühit xidmətləri, idarəetmə (nəzarət daxil olmaqla) orqanları arasında böyük səmərə vermişdir. Müəyyən bir vaxt aralığı üçün yeni bir görüntü sifariş edə və ya arxivləşdirilmiş məlumatlar əldə edə bilərsiniz. Bütün məlumatlar coğrafi informasiya sistemləri yaratmaq və meşə ehtiyatlarını xəritələşdirmək üçün istifadə edilə bilər.